Sabbiĥi Asma Rabbika Al-'A`lá  | 087-001 (Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şəninə təriflər de! | سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى |
Al-Ladhī Khalaqa Fasawwá  | 087-002 O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı. | الَّذِي خَلَقَ فَسَوَّى |
Wa Al-Ladhī Qaddara Fahadá  | 087-003 O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi. | وَالَّذِي قَدَّرَ فَهَدَى |
Wa Al-Ladhī 'Akhraja Al-Mar`á  | 087-004 O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı. | وَالَّذِي أَخْرَجَ الْمَرْعَى |
Faja`alahu Ghuthā'an 'Aĥwá  | 087-005 Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi. | فَجَعَلَهُ غُثَاءً أَحْوَى |
Sanuqri'uka Falā Tansá  | 087-006 (Ya Peyğəmbər!) Biz sənə (Quranı) oxudacağıq və sən (onu) unutmayacaqsan; | سَنُقْرِئُكَ فَلاَ تَنسَى |
'Illā Mā Shā'a Al-Lahu 'Innahu Ya`lamu Al-Jahra Wa Mā Yakhfá  | 087-007 Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir! | إِلاَّ مَا شَاءَ اللَّهُ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَى |
Wa Nuyassiruka Lilyusrá  | 087-008 Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik. | وَنُيَسِّرُكَ لِلْيُسْرَى |
Fadhakkir 'In Nafa`ati Adh-Dhikrá  | 087-009 (Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Quranla) öyüd-nəsihət ver! | فَذَكِّرْ إِنْ نَفَعَتِ الذِّكْرَى |
Sayadhdhakkaru Man Yakhshá  | 087-010 (Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir! | سَيَذَّكَّرُ مَنْ يَخْشَى |
Wa Yatajannabuhā Al-'Ashqá  | 087-011 Bədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır. | وَيَتَجَنَّبُهَا الأَشْقَى |
Al-Ladhī Yaşlá An-Nāra Al-Kubrá  | 087-012 (O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir. | الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَى |
Thumma Lā Yamūtu Fīhā Wa Lā Yaĥyā  | 087-013 Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!) | ثُمَّ لاَ يَمُوتُ فِيهَا وَلاَ يَحْيَا |
Qad 'Aflaĥa Man Tazakká  | 087-014 (Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır. | قَدْ أَفْلَحَ مَنْ تَزَكَّى |
Wa Dhakara Asma Rabbihi Faşallá  | 087-015 O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar! | وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّى |
Bal Tu'uthirūna Al-Ĥayāata Ad-Dunyā  | 087-016 Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz! | بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا |
Wa Al-'Ākhiratu Khayrun Wa 'Abqá  | 087-017 Halbuki axirət daha xeyirli və daha baqidir. | وَالآخِرَةُ خَيْرٌ وَأَبْقَى |
'Inna Hādhā Lafī Aş-Şuĥufi Al-'Ūlá  | 087-018 Həqiqətən, bu deyilənlər (Qurandan) əvvəlki kitablarda mövcuddur - | إِنَّ هَذَا لَفِي الصُّحُفِ الأُولَى |
Şuĥufi 'Ibrāhīma Wa Mūsá  | 087-019 İbrahimin və Musanın | صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَى |