50) Sūrat Qāf

Printed format

50) سُورَة قَاف

Qāf Wa Al-Qur'āni Al-Majīdi 050-001 Qaf! (Ya Peyğəmbər!) Şanlı Qurana and olsun (ki, Məkkə müşrikləri sənə iman gətirmədilər)! قَاف وَا‍لْقُرْآنِ ا‍لْمَج‍‍ِ‍ي‍‍د‍ِ
Bal `Ajibū 'An Jā'ahum Mundhirun Minhum Faqāla Al-Kāfirūna Hādhā Shay'un `Ajībun 050-002 Bəli! Özlərindən (Onları Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər:” Bu əcaba bir şeydir! (İnsandan da peyğəmbər olarmı?! Ancaq mələk peyğəmbər ola bilər!) بَلْ عَجِبُ‍‍و‍‍ا‍ أَ‍ن‍ْ ج‍‍َ‍ا‍ءَهُ‍‍م‍ْ مُ‍‍ن‍‍ْذِر‍ٌ مِنْهُمْ فَق‍‍َ‍ا‍لَ ا‍لْكَافِر‍ُو‍نَ هَذَا شَيْءٌ عَج‍‍ِ‍ي‍‍ب‍‍ٌ
'A'idhā Mitnā Wa Kunnā Turābāan Dhālika Raj`un Ba`īdun 050-003 Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyik)? Bu, (həqiqətən) uzaq (qeyri-mümkün) bir qayıdışdır!” أَئِذَا مِتْنَا وَكُ‍‍ن‍ّ‍‍َا تُرَابا‍ً ذَلِكَ رَ‍ج‍‍ْع‍‍‍ٌ بَع‍‍ِ‍ي‍‍د‍ٌ
Qad `Alimnā Mā Tanquşu Al-'Arđu Minhum Wa `Indanā Kitābun Ĥafīžun 050-004 Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (onların tədriclə necə çürüdüb məhv etdiyini) bilirik. Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab (lövhi-məhfuz) vardır! قَ‍‍د‍ْ عَلِمْنَا مَا تَ‍‍ن‍‍ْقُصُ ا‍لأَرْضُ مِنْهُمْ وَعِ‍‍ن‍‍ْدَنَا كِت‍‍َ‍ا‍بٌ حَف‍‍ِ‍ي‍ظ‍‍‍ٌ
Bal Kadhdhabū Bil-Ĥaqqi Lammā Jā'ahum Fahum Fī 'Amrin Marījin 050-005 Lakin onlara haqq (Quran) gəldikdə onu yalan saydılar. İndi onlar dolaşıqlıq (təşvış) içindədirlər (sənə gah şair, gah sehrbaz, gah da kahin deyirlər). بَلْ كَذَّبُو‍‍ا‍ بِ‍‍ا‍لْحَقِّ لَ‍‍م‍ّ‍‍َا ج‍‍َ‍ا‍ءَهُمْ فَهُمْ فِ‍‍ي‍ أَمْر‍ٍ مَ‍‍ر‍‍ِي‍‍ج‍‍ٍ
'Afalam Yanžurū 'Ilá As-Samā'i Fawqahum Kayfa Banaynāhā Wa Zayyannāhā Wa Mā Lahā Min Furūjin 050-006 Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?! أَفَلَمْ يَ‍‍ن‍‍ْظُرُو‍ا‍ إِلَى ا‍لسَّم‍‍َ‍ا‍ءِ فَوْقَهُمْ كَيْفَ بَنَيْنَاهَا وَزَيَّ‍‍ن‍ّ‍‍َاهَا وَمَا لَهَا مِ‍‍ن‍ْ فُر‍ُو‍ج‍‍ٍ
Wa Al-'Arđa Madadnāhā Wa 'Alqaynā Fīhā Rawāsiya Wa 'Anbatnā Fīhā Min Kulli Zawjin Bahījin 050-007 Eləcə də yeri necə döşədiyimizi (hamarlayıb düzəltdiyimizi), orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi?! وَالأَرْضَ مَدَ‍د‍‍ْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَ‍ن‍‍ْبَتْنَا فِيهَا مِ‍‍ن‍ْ كُلِّ زَوْج‍‍‍ٍ بَه‍‍ِ‍ي‍‍ج‍‍ٍ
Tabşiratan Wa Dhikrá Likulli `Abdin Munībin 050-008 (Bütün bunlar Rəbbinə tərəf) dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik. تَ‍‍ب‍‍ْصِرَة‍‍‍ً وَذِكْرَى لِكُلِّ عَ‍‍ب‍‍ْد‍ٍ مُن‍‍ِ‍ي‍‍ب‍‍ٍ
Wa Nazzalnā Mina As-Samā'i Mā'an Mubārakāan Fa'anbatnā Bihi Jannātin Wa Ĥabba Al-Ĥaşīdi 050-009 Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və (arpa, buğda və s. kimi) biçilən taxıl dənələri yetişdirdik. وَنَزَّلْنَا مِنَ ا‍لسَّم‍‍َ‍ا‍ءِ م‍‍َ‍ا‍ء‍ً مُبَارَكا‍ً فَأَ‍ن‍‍ْبَتْنَا بِهِ جَ‍‍ن‍ّ‍‍َ‍ا‍ت‍‍‍ٍ وَحَبَّ ا‍لْحَص‍‍ِ‍ي‍‍د‍ِ
Wa An-Nakhla Bāsiqātin Lahā Ţal`un Nađīdun 050-010 Həm də tumurcuqları (salxım-salxım) bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları (bitirdik) – وَال‍‍ن‍ّ‍‍َخْلَ بَاسِق‍‍َ‍ا‍ت‍‍‍ٍ لَهَا طَلْع‍‍‍ٌ نَض‍‍ِ‍ي‍‍د‍ٌ
Rizqāan Lil`ibādi Wa 'Aĥyaynā Bihi Baldatan Maytāan Kadhālika Al-Khurūju 050-011 Bəndələrə ruzi olsun deyə! Biz onunla (o su ilə) ölü bir məmləkəti cana gətirdik. (Qəbirlərdən dirilib) çıxmaq da belədir! ر‍‍ِزْقا‍ً لِلْعِب‍‍َ‍ا‍دِ وَأَحْيَيْنَا بِهِ بَلْدَة‍‍‍ً مَيْتا‍ً كَذَلِكَ ا‍لْخُر‍ُو‍ج‍ُ
Kadhdhabat Qablahum Qawmu Nūĥin Wa 'Aşĥābu Ar-Rassi Wa Thamūdu 050-012 Onlardan (Məkkə müşriklərindən) əvvəl Nuh tayfası, Rəss əhli, Səmud (qövmü peyğəmbərləri) təkzib etmişdi. كَذَّبَتْ قَ‍‍ب‍‍ْلَهُمْ قَوْمُ ن‍‍ُ‍و‍ح‍‍‍ٍ وَأَصْح‍‍َ‍ا‍بُ ا‍لرَّسِّ وَثَم‍‍ُ‍و‍د‍ُ
Wa `Ādun Wa Fir`awnu Wa 'Ikhwānu Lūţin 050-013 Ad (qövmü), Firon (əhli), Lut qardaşları; وَع‍‍َ‍ا‍د‍ٌ وَفِرْعَوْنُ وَإِخْو‍َا‍نُ ل‍‍ُ‍و‍ط‍‍ٍ
Wa 'Aşĥābu Al-'Aykati Wa Qawmu Tubba`in Kullun Kadhdhaba Ar-Rusula Faĥaqqa Wa`īdi 050-014 Əykə əhli və Tübbə qövmü – bunların hamısı peyğəmbərləri təkzib etdi və Mənim də onlara vəd etdiyim (əzab) gerçəkləşdi. وَأَصْح‍‍َ‍ا‍بُ ا‍لأَيْكَةِ وَقَوْمُ تُبَّع‍‍‍ٍ كُلّ‍‍‍ٌ كَذَّبَ ا‍لرُّسُلَ فَحَقَّ وَع‍‍ِ‍ي‍‍د‍ِ
'Afa`ayīnā Bil-Khalqi Al-'Awwali Bal Hum Fī Labsin Min Khalqin Jadīdin 050-015 Məgər Biz ilk yaradılışdan acizmi qaldıq?! Xeyr! (Eləcə də qiyamət günü ölüləri diriltməkdən aciz qalmayacağıq!) Onlar yeni yaradılış (təkrar dirilmə) barəsində şəkk-şübhə içindədirlər! أَفَعَيِينَا بِ‍‍ا‍لْخَلْقِ ا‍لأَوَّلِ بَلْ هُمْ فِي لَ‍‍ب‍‍ْس‍‍‍ٍ مِنْ خَلْق‍‍‍ٍ جَد‍ِي‍‍د‍ٍ
Wa Laqad Khalaq Al-'Insāna Wa Na`lamu Mā Tuwaswisu Bihi Nafsuhu Wa Naĥnu 'Aqrabu 'Ilayhi Min Ĥabli Al-Warīdi 050-016 And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha məlumdur!) وَلَقَ‍‍د‍ْ خَلَ‍‍ق‍‍ْنَا ا‍لإِن‍س‍‍َ‍ا‍نَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ وَنَحْنُ أَ‍ق‍‍ْرَبُ إِلَيْهِ مِنْ حَ‍‍ب‍‍ْلِ ا‍لْوَر‍‍ِي‍‍د‍ِ
'Idh Yatalaqqá Al-Mutalaqqiyāni `Ani Al-Yamīni Wa `Ani Ash-Shimāli Qa`īdun 050-017 Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur! إِذْ يَتَلَقَّى ا‍لْمُتَلَقِّي‍‍َ‍ا‍نِ عَنِ ا‍لْيَم‍‍ِ‍ي‍نِ وَعَنِ ا‍لشِّم‍‍َ‍ا‍لِ قَع‍‍ِ‍ي‍‍د‍ٌ
Mā Yalfižu Min Qawlin 'Illā Ladayhi Raqībun `Atīdun 050-018 Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır! مَا يَلْفِظُ مِ‍‍ن‍ْ قَوْل‍‍‍ٍ إِلاَّ لَدَيْهِ رَق‍‍ِ‍ي‍بٌ عَت‍‍ِ‍ي‍‍د‍ٌ
Wa Jā'at Sakratu Al-Mawti Bil-Ĥaqqi Dhālika Mā Kunta Minhu Taĥīdu 050-019 Ölüm (ölüm bihuşluğu), həqiqətən, gələcəkdir. (Ey insan!) Bu sənin qorxub qaçdığın (cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin) şeydir! وَج‍‍َ‍ا‍ءَتْ سَكْرَةُ ا‍لْمَوْتِ بِ‍‍ا‍لْحَقِّ ذَلِكَ مَا كُ‍‍ن‍‍ْتَ مِنْهُ تَح‍‍ِ‍ي‍‍د‍ُ
Wa Nufikha Fī Aş-Şūri Dhālika Yawmu Al-Wa`īdi 050-020 (Öləndən sonra yenidən dirilmək üçün) sur çalınacaqdır. Bu vəd olunmuş gündür (əzab günüdür)! وَنُفِخَ فِي ا‍لصّ‍‍ُ‍و‍ر‍ِ ذَلِكَ يَوْمُ ا‍لْوَع‍‍ِ‍ي‍‍د‍ِ
Wa Jā'at Kullu Nafsin Ma`ahā Sā'iqun Wa Shahīdun 050-021 Hər bir kəs (Rəbbinin hüzuruna) bir sürüyən (sürüyüb məhşərə gətirən) və bir də şahidlə (iki mələklə) gələcəkdir. وَج‍‍َ‍ا‍ءَتْ كُلُّ نَفْس‍‍‍ٍ مَعَهَا س‍‍َ‍ا‍ئِق‍‍‍ٌ وَشَه‍‍ِ‍ي‍‍د‍ٌ
Laqad Kunta Fī Ghaflatin Min Hādhā Fakashafnā `Anka Ghā'aka Fabaşaruka Al-Yawma Ĥadīdun 050-022 (Ona belə deyiləcəkdir: ) “Sən (dünyada) bundan (bu müdhiş günə uğrayacağından) qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!” لَقَ‍‍د‍ْ كُ‍‍ن‍‍ْتَ فِي غَفْلَة‍‍‍ٍ مِنْ هَذَا فَكَشَفْنَا عَ‍‍ن‍‍ْكَ غِط‍‍َ‍ا‍ءَكَ فَبَصَرُكَ ا‍لْيَوْمَ حَد‍ِي‍‍د‍ٌ
Wa Qāla Qarīnuhu Hādhā Mā Ladayya `Atīdun 050-023 Yoldaşı (ona təhkim olunmuş mələk) deyəcəkdir: “Bu yanımdakı (Cəhənnəm üçün) hazırdır!” وَق‍‍َ‍ا‍لَ قَ‍‍ر‍‍ِينُهُ هَذَا مَا لَدَيَّ عَت‍‍ِ‍ي‍‍د‍ٌ
'Alqiyā Fī Jahannama Kulla Kaffārin `Anīdin 050-024 (Allah o iki mələyə buyuracaqdır: ) “Atın Cəhənnəmə hər bir inadcıl kafiri; أَلْقِيَا فِي جَهَ‍‍ن‍ّ‍‍َمَ كُلَّ كَفّ‍‍َ‍ا‍رٍ عَن‍‍ِ‍ي‍‍د‍ٍ
Mannā`in Lilkhayri Mu`tadin Murībin 050-025 Xeyrə mane olanı, (zülm etməklə, günah törətməklə) həddi aşanı, (Allahın birliyinə) şəkk edəni! مَ‍‍ن‍ّ‍‍َ‍ا‍ع‍‍‍ٍ لِلْخَيْ‍‍ر‍ِ مُعْتَد‍ٍ مُ‍‍ر‍‍ِي‍‍ب‍‍ٍ
Al-Ladhī Ja`ala Ma`a Al-Lahi 'Ilahāan 'Ākhara Fa'alqiyāhu Fī Al-`Adhābi Ash-Shadīdi 050-026 O kimsəni ki, Allahla yanaşı özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli əzabın içinə!” ا‍لَّذِي جَعَلَ مَعَ ا‍للَّهِ إِلَها‍ً آخَرَ فَأَلْقِي‍‍َ‍ا‍هُ فِي ا‍لْعَذ‍َا‍بِ ا‍لشَّد‍ِي‍‍د‍ِ
Qāla Qarīnuhu Rabbanā Mā 'Aţghaytuhu Wa Lakin Kāna Fī Đalālin Ba`īdin 050-027 Yoldaşı (Şeytan və ya öz nəfsi) deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən azdırmadım. Fəqət o özü haqq yoldan çox azmışdı!” ق‍َا‍لَ قَ‍‍ر‍‍ِينُهُ رَبَّنَا مَ‍‍ا‍ أَ‍ط‍‍ْغَيْتُهُ وَلَكِ‍‍ن‍ْ ك‍‍َ‍ا‍نَ فِي ضَلاَل‍‍‍ٍ بَع‍‍ِ‍ي‍‍د‍ٍ
Qāla Lā Takhtaşimū Ladayya Wa Qad Qaddamtu 'Ilaykum Bil-Wa`īdi 050-028 (Allah) buyuracaqdır: “Mənim hüzurumda mübahisə etməyin. Mən sizə (dünyada peyğəmbər vasitəsilə) bu əzabı bildirmişdim. ق‍َا‍لَ لاَ تَخْتَصِمُو‍‍ا‍ لَدَيَّ وَقَ‍‍د‍ْ قَدَّمْتُ إِلَيْكُ‍‍م‍ْ بِ‍‍ا‍لْوَع‍‍ِ‍ي‍‍د‍ِ
Mā Yubaddalu Al-Qawlu Ladayya Wa Mā 'Anā Bižallāmin Lil`abīdi 050-029 Mənim hüzurumda söz güləşdirməyin. Mən bəndələrə (əbəs yerə) zülm edən deyiləm!” مَا يُبَدَّلُ ا‍لْقَوْلُ لَدَيَّ وَمَ‍‍ا‍ أَنَا بِظَلاَّم‍‍‍ٍ لِلْعَب‍‍ِ‍ي‍‍د‍ِ
Yawma Naqūlu Lijahannama Hal Amtala'ti Wa Taqūlu Hal Min Mazīdin 050-030 O gün Biz Cəhənnəmə: “Doldunmu?” – deyəcək, o isə: “Yenə varmı?” – deyə cavab verəcəkdir. يَوْمَ نَق‍‍ُ‍و‍لُ لِجَهَ‍‍ن‍ّ‍‍َمَ هَلْ ا‍مْتَلَأْتِ وَتَق‍‍ُ‍و‍لُ هَلْ مِ‍‍ن‍ْ مَز‍ِي‍‍د‍ٍ
Wa 'Uzlifati Al-Jannatu Lilmuttaqīna Ghayra Ba`īdin 050-031 Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. وَأُزْلِفَتِ ا‍لْجَ‍‍ن‍ّ‍‍َةُ لِلْمُتَّق‍‍ِ‍ي‍نَ غَيْرَ بَع‍‍ِ‍ي‍‍د‍ٍ
dhā Mā Tū`adūna Likulli 'Awwābin Ĥafīžin 050-032 (Onlara deyiləcəkdir: ) “Bu, vəd olunduğunuz (Cənnətdir). O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan; هَذَا مَا تُوعَد‍ُو‍نَ لِكُلِّ أَوّ‍َا‍بٍ حَف‍‍ِ‍ي‍ظ‍‍‍ٍ
Man Khashiya Ar-Raĥmana Bil-Ghaybi Wa Jā'a Biqalbin Munībin 050-033 Rəhmandan (Onu) görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönmüş qəlblə gələn bəndə üçündür! مَنْ خَشِيَ ا‍لرَّحْمَنَ بِ‍‍ا‍لْغَيْبِ وَج‍‍َ‍ا‍ءَ بِقَلْب‍‍‍ٍ مُن‍‍ِ‍ي‍‍ب‍‍ٍ
Adkhulūhā Bisalāmin Dhālika Yawmu Al-Khulūdi 050-034 Ora sağlıqla (əmin-amanlıqla) daxil olun. Bu, əbədiyyət günüdür!” ا‍د‍‍ْخُلُوهَا بِسَلاَم‍‍‍ٍ ذَلِكَ يَوْمُ ا‍لْخُل‍‍ُ‍و‍د‍ِ
Lahum Mā Yashā'ūna Fīhā Wa Ladaynā Mazīdun 050-035 Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (möminlərin təsəvvür edə bilmədikləri nemətlər, Allahın rizasını və s.) mövcuddur! لَهُ‍‍م‍ْ مَا يَش‍‍َ‍ا‍ء‍ُو‍نَ فِيهَا وَلَدَيْنَا مَز‍ِي‍‍د‍ٌ
Wa Kam 'Ahlaknā Qablahum Min Qarnin Hum 'Ashaddu Minhum Baţshāan Fanaqqabū Fī Al-Bilādi Hal Min Maĥīşin 050-036 Biz onlardan (Məkkə müşriklərindən) əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. (Onlar: ) “Görəsən, (ölümdən qaçıb) can qurtarmağa bir yer varmı?” (deyərək) ölkə-ölkə gəzib dolaşmışdılar. وَكَمْ أَهْلَكْنَا قَ‍‍ب‍‍ْلَهُ‍‍م‍ْ مِ‍‍ن‍ْ قَرْنٍ هُمْ أَشَدُّ مِنْهُ‍‍م‍ْ بَ‍‍ط‍‍ْشا‍ً فَنَقَّبُو‍‍ا‍ فِي ا‍لْبِلاَدِ هَلْ مِ‍‍ن‍ْ مَح‍‍ِ‍ي‍ص‍‍‍ٍ
'Inna Fī Dhālika Ladhikrá Liman Kāna Lahu Qalbun 'Aw 'Alqá As-Sam`a Wa Huwa Shahīdun 050-037 Şübhəsiz ki, bunda qəlb (ağıl) sahibi, yaxud (moizə edildiyi zaman bütün varlığı ilə) hazır olub (ona cani-dildən) qulaq asan kimsə üçün öyüd-nəsihət vardır! إِ‍نّ‍‍َ فِي ذَلِكَ لَذِكْرَى لِمَ‍‍ن‍ْ ك‍‍َ‍ا‍نَ لَهُ قَلْبٌ أَوْ أَلْقَى ا‍لسَّمْعَ وَهُوَ شَه‍‍ِ‍ي‍‍د‍ٌ
Wa Laqad Khalaq As-Samāwāti Wa Al-'Arđa Wa Mā Baynahumā Fī Sittati 'Ayyāmin Wa Mā Massanā Min Lughūbin 050-038 And olsun ki, Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq da üz vermədi. وَلَقَ‍‍د‍ْ خَلَ‍‍ق‍‍ْنَا ا‍لسَّمَاو‍َا‍تِ وَا‍لأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيّ‍‍َ‍ا‍م‍‍‍ٍ وَمَا مَسَّنَا مِ‍‍ن‍ْ لُغ‍‍ُ‍و‍ب‍‍ٍ
Fāşbir `Alá Mā Yaqūlūna Wa Sabbiĥ Biĥamdi Rabbika Qabla Ţulū`i Ash-Shamsi Wa Qabla Al-Ghurūbi 050-039 (Ya Peyğəmbər!) Artıq onların dediklərinə (batil sözlərinə) səbr et. Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şəninə təriflər de! فَاصْبِرْ عَلَى مَا يَقُول‍‍ُ‍و‍نَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَ‍‍ب‍‍ْلَ طُل‍‍ُ‍و‍عِ ا‍لشَّمْسِ وَقَ‍‍ب‍‍ْلَ ا‍لْغُر‍ُو‍ب‍ِ
Wa Mina Al-Layli Fasabbiĥhu Wa 'Adbāra As-Sujūdi 050-040 Gecənin bir vaxtında və səcdələrdən sonra da (Onu şükr-səna ilə təqdis et)! وَمِنَ ا‍للَّيْلِ فَسَبِّحْهُ وَأَ‍د‍‍ْب‍‍َ‍ا‍رَ ا‍لسُّج‍‍ُ‍و‍د‍ِ
Wa Astami` Yawma Yunādi Al-Munādi Min Makānin Qarībin 050-041 (Ya Peyğəmbər!) Carçının yaxın bir yerdən car çəkəcəyi gün (deyilən sözü, surun səsini) dinlə! (O gün İsrafil uca səslə: “Ey köhnəlmiş sümüklər, ey bir-birindən ayrılmış oynaqlar, ey əprimiş ətlər, ey dağılmış saçlar! Allah sizə haqq-hesab gününə gəlmək üçün yenidən birləşməyi buyurur!” – deyəcək və suru ikinci dəfə üfürəcəkdir). وَاسْتَمِعْ يَوْمَ يُن‍‍َ‍ا‍دِ ا‍لْمُن‍‍َ‍ا‍دِ مِ‍‍ن‍ْ مَك‍‍َ‍ا‍ن‍‍‍ٍ قَ‍‍ر‍‍ِي‍‍ب‍‍ٍ
Yawma Yasma`ūna Aş-Şayĥata Bil-Ĥaqqi Dhālika Yawmu Al-Khurūji 050-042 O gün (bütün yaranmışlar) dəhşətli (tükürpədici) səsi doğrudan-doğruya eşidəcəklər. O gün (qəbirlərdən) çıxma günüdür! يَوْمَ يَسْمَع‍‍ُ‍و‍نَ ا‍لصَّيْحَةَ بِ‍‍ا‍لْحَقِّ ذَلِكَ يَوْمُ ا‍لْخُر‍ُو‍ج‍ِ
'Innā Naĥnu Nuĥyī Wa Numītu Wa 'Ilaynā Al-Maşīru 050-043 Şübhəsiz ki, dirildən də, öldürən də Bizim. (Axır) dönüş də Bizim hüzurumuzadır! إِ‍نّ‍‍َا نَحْنُ نُحْيِي وَنُم‍‍ِ‍ي‍تُ وَإِلَيْنَا ا‍لْمَص‍‍ِ‍ي‍‍ر‍ُ
Yawma Tashaqqaqu Al-'Arđu `Anhum Sirā`āan Dhālika Ĥashrun `Alaynā Yasīrun 050-044 O gün yer onlardan ayrılıb parçalanacaq, onlar sürətlə (torpağın altından, qəbirlərindən çıxacaqlar). O bizim üçün asan olan həşrdir (Bütün yaranmışların bir yerə toplanacaqları məhşər günüdür). يَوْمَ تَشَقَّقُ ا‍لأَرْضُ عَنْهُمْ سِرَاعا‍ً ذَلِكَ حَشْرٌ عَلَيْنَا يَس‍‍ِ‍ي‍ر‍ٌ
Naĥnu 'A`lamu Bimā Yaqūlūna Wa Mā 'Anta `Alayhim Bijabbārin Fadhakkir Bil-Qur'āni Man Yakhāfu Wa`īdi 050-045 Biz onların nə dediklərini çox gözəl bilirik. (Ya Peyğəmbər!) Sən onlara zor edən (onları zorla imana gətirən) deyilsən. Sən Mənim təhdidimdən (əzabımdan) qorxablara Quranla نَحْنُ أَعْلَمُ بِمَا يَقُول‍‍ُ‍و‍نَ وَمَ‍‍ا‍ أَ‍ن‍‍ْتَ عَلَيْهِ‍‍م‍ْ بِجَبّ‍‍َ‍ا‍ر‍ٍ فَذَكِّرْ بِ‍‍ا‍لْقُرْآنِ مَ‍‍ن‍ْ يَخ‍‍َ‍ا‍فُ وَع‍‍ِ‍ي‍‍د‍ِ
Next Sūrah